Əlaqə Arxiv
news Image
2020.02.27
14:38
| A A A
Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb

Nizami rayonu, Elşən Süleymanov küçəsində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Mövqe.az-ın məlumatına görə, ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jurnalistlərə bildirib ki, sözügedən ərazidə sosial obyektin tikintisi məqsədilə tikinti altına düşən 6 müxtəlifcinsli ağacın Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında köçürülməsinə, köçürülməsi mümkün olmayan 1 tut ağacının isə götürülməsinə icazə verilib.

Ağaclar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən Birliyin Motodrom tinglik sahəsinə köçürülüb, bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir.

Sizin Reklam Yeriniz