Əlaqə Arxiv
news Image
2020.03.03
11:59
| A A A
“Xəzər Dəniz Gəmiçiliyi”ndə qabaqlayıcı tədbirlər kimi imtahanlar təxirə salınıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə imtahanlar təxirə salındı.

Bu barədə qurumdan Mövqe.az-a verilən məlumatda deyilir.

Qeyd olunub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sıravi heyətlə bağlı Ehtiyat Kadr Bazasının formalaşdırılması üçün 04-05-06 mart tarixlərinə təyin olunmuş test imtahanları koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində ölkədə həyata keçirilən tədbirlərə uyğun olaraq qeyri-müəyyən müddətədək təxirə salınıb.

İmtahanlara dəvət olunmuş namizədlərin sözügedən qərarı nəzərə alması xahiş edilib.

Sizin Reklam Yeriniz