Əlaqə Arxiv
news Image
2012.05.11
15:31
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 13-18, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə mayın 11-də əksər rayonlarda hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnozlara görə mayın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 12-13-də atmosfer təzyiqinin normadan bir qədər aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. 

Qeyd edək ki, 9 may 2012-ci il tarixində Bakıda orta sutkalıq temperatur iqlim normasından 6.6 dərəcə yuxarı olmuş, havanın maksimal temperaturu isə Bakıda 27.6 dərəcə isti təşkil etmişdir ki, bununla da 9 may 1910-cu il tarixində olan sutkalıq rekord göstərici (26.6 dərəcə) yenilənmişdir.

Sizin Reklam Yeriniz