Əlaqə Arxiv
news Image
2020.03.05
12:48
| A A A
Azərbaycanda karantində saxlanılan şəxslərin sayı açıqlandı

Hazırda Azərbaycanda 500-dək insan koronavirusa görə karantin şəraitində saxlanılır.

Mövqe.az-ın məlumatına görə, bunu koronavirusla əlqədar keçirilən brifinqdə
Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, bu xəstəlik insanlarda adətən, daha yüngül formada keçir. Koronavirusa yoluxanların 4-5 faizində xəstəlik ağır formada keçir və onların xəstəxanada müalicə edilməsinə ehtiyac olur.

Sizin Reklam Yeriniz