Əlaqə Arxiv
news Image
2020.03.06
10:29
| A A A
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb

Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı 200 nəfəri ötüb.

Qafqaz Müsəlmanları İdarəsindən Mövqe.az-a məlumat verilib ki, zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər.

Bildirib ki, bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.

Sizin Reklam Yeriniz