Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq
İki gün ərzində 10 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq
Mövqe.az-ın rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar iyulun 4-də saat 10:00-dan 20:00-dək "Alvadı", "Cəlilabad" və "Göytəpə" qazpaylayıcı stansiyalarından, iyulun 4-5-də isə "Goranboy" və "Borsunlu" qazpaylayıcı stansiyalarından qidalanan orta təzyiqli qaz kəmərinin təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Yevlax, Naftalan, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Beyləqan, Cəlilabad və Masallı rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.