Əlaqə Arxiv
news Image
2020.03.21
21:17
| A A A
Ailəsi İrandan təxliyə edilən azərbaycanlı: Prezidentin tapşırığı və vətəndaşlara diqqəti sayəsində bizə xüsusi qayğı göstərilir

İrandan Azərbaycan təxliyə edilmiş vətəndaşlarımız dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə edirlər.

Övladı və həyat yoldaşı İrandan təxliyə edilərək karantinə alınan Amil Ağazadə deyir ki, yalnız Azərbaycan Respublikasının İrandakı səfirliyi və dövlətimizin köməkliyi ilə ailəmin ölkəmizə təxliyəsi mümkün oldu.

Onun sözlərinə görə, ailəsi İranda olanda orada karantin vəziyyəti elan olunub. Həmin zaman isə onların ölkəmizə geri qayıtması mümkün olmayıb:

" Oğlum epilepsiya xəstəliyindən əziyyət çəkir. Ona görə də İrandakı Azərbaycan səfirliyinə müraciət edərək təxliyəsini və bu zaman xəstəliyinin nəzərə alınmasını xahiş etdik. Övladım və həyat yoldaşım Azərbaycana gətirildikdən sonra martın 7-də Astara Rayon Mərkəzi Xəstəxanasında karantinə alınıblar. Xəstəxanada hər bir şərait var və hər şey öz qaydasındadır. Ailəmlə telefonla əlaqə saxlayıram.

Allah Prezidentimizin köməyi olsun, onun tapşırığı və vətəndaşlara diqqəti sayəsində bizə xüsusi qayğı göstərilir. Hər şey üçün dövlət başçısına təşəkkür edirəm. Həmçinin, dövlətimizə və həkimlərə də minnətdaram. Onlardan çox razıyam. Həkimlərin əziyyəti böyükdür. Övladımın səhhəti onların sayəsində hazırda yaxşıdır".

Qeyd edək ki, Zabidli Fatimə Orucəli qızı müraciət edərək bildirib ki, azyaşlı övladı Ağağzadə Davud Amil oğlu epilepsiya xəstəliyindən əziyyət çəkir. Azərbaycana karantində yerləşdirərkən oğlunun xəstəliyinin nəzərə alınmasını xahiş edib. Fatimə Zabidlinin müraciəti nəzərə alınaraq, onların təxliyəsi ayrıca nəqliyyat vasitəsilə 6 mart tarixində həyata keçirilib. Cənub rayonlarından birində xəstəxanada yerləşdirilib.

Sizin Reklam Yeriniz