Əlaqə Arxiv
news Image
2020.03.22
20:42
| A A A
Sosial layihələri icra edən şirkətlərdən koronovirusa qarşı mübarizəyə dəstək - 100 min manat

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks və məqsədyönlü tədbirlər həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, bu sahədə aparılan işlərə “AzNest”, “Avalon 12”, “Lotus Co” və “Aqrikon” şirkətləri də cənab Prezidentin çağırışına qoşularaq öz dəstəyini ifadə edib.

Həssas qruplardan olan vətəndaşların sosial dəstəklə təminatına yönələn layihələrdə uğurlu iştirakı ilə seçilən şirkətlər pandemiya ilə mübarizə kimi ümummilli məsələnin həllində də dövlətin yanında olduqlarını nümayiş etdirdilər.

Dövlət başçısının Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna bu dörd şirkətin hər biri 25 000 manat olmaqla, ümumilikdə 100 000 manat vəsait ayırıb.

Sizin Reklam Yeriniz