Əlaqə Arxiv
news Image
2020.04.01
16:01
| A A A
Xüsusi karantin rejimini pozanlarla bağlı DİN-dən növbəti açıqlama

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir.

Nazirlikdən Mövqe.az-a bildirilib ki, xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən vətəndaşlarla profilaktik söhbətlər aparılır. Edilən xəbərdaqlıqlara məhəl qoymayaq şəxslər barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilirlər.

Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə virusun ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.

Sizin Reklam Yeriniz