Əlaqə Arxiv
news Image
2020.04.03
12:04
| A A A
Gürcüstanda xəstəxanalar hazırlıq vəziyyətinə gətirilir

Gürcüstanda xəstəxanalar və ilkin tibbi yardım xidməti hazırlıq vəziyyətinə gətirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri Giorgi Qaxaria Səhiyyə Nazirliyinə xüsusi tapşırıq verib.

Tapşırığa əsasən, ölkənin bütün tibb müəssisələrinin hazırlıq səviyyəsinə ciddi nəzarət olunacaq.

Qeyd edək ki, Gürcüstanda bu günə qədər koronavirusa 148 nəfər yoluxub, onların 27-si sağalıb. Aprelin ikinci yarısından başlayaraq ölkədə epidemiyanın pik həddə çatacağı gözlənilir. 

Sizin Reklam Yeriniz