Əlaqə Arxiv
news Image
2020.04.04
14:34
| A A A
ÜST-ün nümayəndəsi koronavirusun gənclər üçün təhlükəsindən danışdı

Geniş sürətlə yayılan koronavirus sağlam həyat tərzi keçirən cavanlar üçün təhlükəli olmağa başlayıb.

Mövqe.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris deyib.

O bildirib ki, hazırda gənc yaşda insanlar arasında xəstəliyin artdığı müşahidə olunur:

"Bilirik ki, xəstələnənlər arasında idmançılar və sağlam həyat tərzi keçirənlər var. Virus mutasiyaya uğramayıb, sadəcə onun yayılması o dərəcədə genişlənib ki, hər kəs virusa qarşı həssaslaşıb".

M.Harris əlavə edib ki, koronavirusa yoluxan gənclərdə ciddi simptomlar aşkar olunur və xəstəlik ağır keçir:

"Birinci aşkar simptom yüksək temperaturdur. İnsanlar danışır ki, onlar gecə oyanıb özünü pis hiss edir və nə baş verdiyini başa düşmürlər. Onların yüksək temparuturu olur, sonra qəfildən üşümə və titrətmə hiss edirlər. 38 dərəcədən yuxarı qızdırma və titrətmə hiss edənlərin 90 faizindən çoxunda bu virus müşahidə olunur".

Sizin Reklam Yeriniz