Əlaqə Arxiv
news Image
2020.04.05
15:21
| A A A
Azərbaycanda koronavirusa yoluxanların sayı 580-i ötdü - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına indiyə qədər yoluxanların sayı məlum olub.

Bu barədə Mövqe.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Sizin Reklam Yeriniz