Əlaqə Arxiv
news Image
2020.04.05
17:00
| A A A
FHN koronavirusla bağlı vətəndaşlara müraciət etdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi vətəndaşlara respublikamızda koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində vətəndaşlara müraciət edib.

Mövqe.az xəbər verir ki, müraciətdə deyilir:

Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq.

 

Sizin Reklam Yeriniz