Türkiyədə tibbi maskalar pulsuz paylanacaq
Türkiyədə tibbi maskalar pulsuz olaraq paylanacaq.
Mövqe.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan qeyd edib ki, maskaların satılması qəti qadağandır.
Dövlət başçısı yerli hakimiyyət orqanlarının "e-devlet" portalında və PTT poçt saytında sorğu göndərən bütün vətəndaşlara pulsuz maskalar paylamağa başlandığını deyib:
"Bir dövlət olaraq bütün vətəndaşlarımıza pulsuz maskalar təqdim etməkdə qərarlıyıq".
Türkiyə lideri əlavə edib ki, 45 gündə Atatürk hava limanında və İstanbul vilayətinin Sancaktepe rayonunda iki xəstəxananın inşası tamamlanacaq.
Milli.Az