Əlaqə Arxiv
news Image
2020.04.08
11:50
| A A A
ƏƏSMN-in İctimai şurasında birgə yığıncağın keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb

Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərindən biri də kütləvi tədbirlərin təxirə salınmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Mövqe.az-a bildirilib ki, bununla əlaqədar nazirlik yanında İctimai şuranın yeni tərkibinin müəyyən edilməsi məqsədilə şuraya üzvlərin seçilməsi üçün 17 aprel 2020-ci il tarixində nəzərdə tutulan birgə yığıncağın keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

Birgə yığıncağın tarixi və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək.

Sizin Reklam Yeriniz