Əlaqə Arxiv
news Image
2020.04.08
12:57
| A A A
Ucarda karantini pozan şəxslər həbs edildi

Ucar Rayon Polis Şöbəsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Mövqe.az-ın məlumatına görə, son üç gün ərzində polis əməkdaşları karantin rejimi qaydalarını pozduqlarına görə 86 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati protokol tətbiq ediblər.

Onlardan 83-ü inzibati qaydada 100 və 200 manat məbləğində cərimə, 3-ü isə həbs olunub. 

Hazırda Ucar Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Sizin Reklam Yeriniz