Əlaqə Arxiv
news Image
2020.04.08
14:35
| A A A
ÜST: Koronavirusun nə zaman bitəcəyinə dair heç bir təxminimiz yoxdur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmeyer koronavirus pandemiyasının nə vaxt başa çatacağı ilə bağlı açıqlama verib.

Mövqe.az-ın xəbərinə görə, o,Türkiyənin NTV telekanalının suallarını cavablandırıb.  

Müxbirin “dünya virusdan nə vaxt xilas olacaq” sualına cavabında ÜST sözçüsü deyib: “Bu, tamamilə virusa qarşı vaksin və dərman pereparatı ilə bağlı fəaliyyətdən asılıdır. Bu, hər ikisinin yaxın dövrdə tapılmasına bağlıdır. Dolayısı ilə bu mövzuda, bu şəraitdə heç bir proqnozumuz yoxdur. Təəssüf bu məsələ ilə bağlı bir təxminim də yoxdur”.

ÜST rəsmisi müxbirin “Bir il, iki il” sualına cavab olaraq deyib: “Bunu demək çox çətindir. Vakin 12-18 aya ancaq hazır ola bilər. Bunun kütləvi istehsalı daha uzun prosesdir. Ancaq bu mübarizədə vaksin əldə etməyimiz çox əhəmiyyətlidir. Bu iş nə zaman bitəcək deyəndə nəyi nəzərdə tutursuz? COVID-19-un tamamilə məhv olmasını, yoxsa virusa qarşı mübarizə metodunu öyrənirib inkişaf etdirməyimizi?”. 

“Əlbəttə. Yenidən işə getmək, işləmək, məktəblərin yenidən açılması, bütün işlərin normal hala dönməsini istəyirik. Bu sualın cavabı çox çətindir. Hamımız bu sualın cavabıı verə bilmək istəyirik. Hətta, evində oturub, sualları cavablandıran mən də...”, - deyə Kristian Lindmeir vurğulayıb.

Sizin Reklam Yeriniz