Əlaqə Arxiv
news Image
2020.04.10
20:23
| A A A
Azərbaycanda 7300-dən çox hepatit xəstəsi dövlət hesabına müalicə olunur

Azərbaycanda 7315 nəfər viruslu hepatit xəstəsinə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib.

Mövqe.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, son 5 il ərzində Səhiyyə Nazirliyinin nəzdində viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya fəaliyyət göstərir. Bu müddətdə Komissiyaya 10803 nəfər müraciət edib. Onlardan 7315-nə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib.

Sizin Reklam Yeriniz