Əlaqə Arxiv
news Image
2020.04.11
12:37
| A A A
Gürcüstanda koronavirusa 233 yoluxma halı təsdiqlənib

“Hazırda Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 233 nəfər təşkil edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

O deyib ki, Ermənistan və Türkiyədə COVID-19 infeksiyasına yoluxan üç Gürcüstan vətəndaşı müalicə üçün vətənə gətirilib.

Qeyd edək ki, qonşu ölkədə virusa yoluxanların 54-ü sağalıb, 3-ü isə ölüb.

Hazırda karantində 4 672, stasionar nəzarətdə isə 373 nəfər saxlanılır.

Sizin Reklam Yeriniz