Əlaqə Arxiv
news Image
2020.04.12
17:30
| A A A
Ermənistanda hərbçi özünü asdı

Ermənistanın Ayqavan kəndindən Yğeqnavan kəndinə gedən yolda ərik ağacından asılmış kişi meyiti tapılıb.

“Report” erməni mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə Ararat polis idarəsinin və Ermənistan İstintaq Komitəsinin Ararat regional istintaq şöbəsinin əməkdaşları cəlb edilib.

Məlum olub ki, intihar edən şəxs Ararat rayon sakini, 32 yaşlı A. Rafiqdir. Onun bədənində hər hansı bir zorakılıq əlamətləri aşkarlanmayıb.

Xəbərə əsasən, intihar edən şəxs Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində müqaviləli hərbi qulluqçu kimi xidmət edirmiş. Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz