Əlaqə Arxiv
news Image
2020.04.12
21:02
| A A A
Binəqədi rayonunda pandemiya dövründə nəcib təşəbbüs

Binəqədi rayonunda pandemiya dövründə kimsəsiz və ahıllara dəstək üçün nəcib ənənə davam etdirilir  Koronavirus (COVID19) virusunun Azərbaycanda yayılması ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejimi elan olunduğundan, Binəqədi Rayon İcra Hakimiyyəti rayon sakinləri arasında aztəminatlı, çoxuşaqlı ailələrə, kimsəsizlərə və ahıllara öz dəstəyini gücləndirib.  Bu gün Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə qəsəbə ərazisində daha 15 aztəminatlı ailəyə ərzaq bağlaması təqdim olunub. Sakinlər bu həssas dövrdə onları unutmayan, diqqətdə saxlayan Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Qeyd edək ki, ölkəmizdə karantin rejimi elan olunandan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon sakini olan aztəminatlı ailələrə dəstək göstərilir. Həssas qrupa aid olan sakinlərə ərzaq yardımları paylanır. Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar Binəqədi rayonunda evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha sakinlərə də diqqət mütamadi olaraq davam etdirilir. Bu günədək 
Binəqədi qəsəbəsi "Came" məscidi dini icması və Binəqədi Qəsəbə Bələdiyyəainin birgə təşkilatçılıği ilə ahıl sakinlərə müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb.

Sizin Reklam Yeriniz