Əlaqə Arxiv
news Image
2020.04.15
13:19
| A A A
BŞİH əməkdaşları qanvermə aksiyasına qoşuldu

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan verilməsi aksiyasina qoşulublar.

Bu barədə Mövqe.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulan Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gələrək talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq üçün könüllü qan veriblər.

Sizin Reklam Yeriniz