Əlaqə Arxiv
news Image
2020.04.16
14:30
| A A A
AQTA bruselyoz xəstəliyi ilə bağlı xəbərdarlıq edib

Bruselyoz xəstəliyinə, əsasən, insanlar çiy, yaxşı bişirilməmiş ət və süd məhsulları, eləcə də duza qoyulmamış və ya yetişməmiş pendir istehlak etdikdə yoluxa bilərlər. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Mövqe.az-a verilən məlumata görə, bu xəstəlikdən qorunmaq üçün çiy, yaxşı bişirilməmiş ət və süd məhsullarını qəbul etməmək, şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır.

Bundan başqa, bruselyoza yoluxmamaq üçün boğaz heyvanları digərlərindən ayırmaq, doğuş çətin olduqda və ya vaxtından əvvəl balasalma baş verdikdə dərhal baytar həkim çağırmaq, mütəmadi olaraq heyvanın qanının laborator müayinəsini aparmaq, xəstələndikdə onu naxıra ötürməmək lazımdır. İnsanlarda bruselyoz xəstəliyinin əlamətləri, əsasən, yüksək hərarət, halsızlıq, gecə tərləmələri, əzələ, oynaq və baş ağrıları, üşütmə, iştahsızlıq, arıqlama, depresiya və ya yuxusuzluqla müşahidə olunur.

Heyvanlarda doğuş çətin olduqda və vaxtından əvvəl balasalma baş verdikdə, oynaqlarda şişkinlik, ağsama, titrəmə və hərarətin yüksəlməsi müşahidə edildikdə dərhal bu barədə baytar həkimə müraciət etmək məsləhət görülür. Bu xəstəlikdən heyvanları qorumaq üçün mütləq onların dövri peyvəndləməsini aparmaq lazımdır. Bruselyoz xəstəliyinə yoluxmuş heyvanlar xüsusi təyin olunmuş günlərdə sanitar heyvan kəsim məntəqələrində baytar həkimin nəzarətində kəsilməlidir.

Sizin Reklam Yeriniz