Əlaqə Arxiv
news Image
2020.04.16
16:03
| A A A
Sumqayıtda park direktoru ağaclara görə cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən Mövqe.az-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı tikinti məqsədilə sahədəki 30 ağac tinginin icazəsiz başqa əraziyə köçürüldüyü müəyyən edilib.

Faktla bağlı əraziyə məsul şəxs, parkın direktoru Orxan Bədəlov 5 000 manat məbləğində cərimə olunub.

Əraziyə yenidən ağac tingləri əkilib və onlara aqrotexniki xidmətin göstərilməsi üçün parkın direktoruna “məcburi göstəriş” verilib.

Qeyd edək ki, 29 dekabr 2019-cu il tarixində də sözügedən ərazidə ağacların kəsildiyi və təbiətə 8 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdi.

Ağac kəsənlər bu günədək müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilib.

Sizin Reklam Yeriniz