Əlaqə Arxiv
news Image
2020.04.16
16:16
| A A A
Gürcüstanda tam karantin rejimi tətbiq oluna bilər

“Gürcüstan tam karantin rejiminin elan edilməsinin bir addımlığındadır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Rustavi 2” kanalının efirində bildirib.

O, ölkədə səhra hospitallarının yaradılacağını istisna etməyib.

Mərkəz rəhbərinin sözlərinə görə, Gürcüstanda infeksiyanın daxili ötürülməsi müəyyən olunandan daha çoxdur: “Buna görə də təhlükə artıb. Artıq 15-ə yaxın klaster müəyyən edilib. Vətəndaşlar məsuliyyətli olmasalar, yoluxanların sayı 5, 7 və hətta 8 minədək arta bilər. Ölkənin səhiyyə sistemi bu vəziyyətin öhdəsindən gələ bilməyəcək”.

Sizin Reklam Yeriniz