Əlaqə Arxiv
news Image
2020.04.17
11:29
| A A A
Masallıda rayon Gənclər və İdman İdarəsinin kollektivi vetiran idmançıları ziyarət etmişlər

16 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq “Biz birlikdə güclüyük” devizi altında və  yeni növ koronavirus (COVİD - 19) pandemiyası  ilə əlaqədar olaraq  ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində Gənclər və İdman İdarəsinin  kollektivi  yaşı 65-i ötmüş,  ahıl, sosial baxımdan həssas qrupdan olan  Masallı rayonunun idmanın uğurları  üçün çalışmış bir qrup vetiran idmançılara  baş çəkmiş, qayğıları və sağlamlığları ilə maraqlanmış, həmçinin vetiran idmançılara koronavirusdan qorunması, sağlamlığlarının  müdafiəsi məqsədilə xəstəlikdən qorunma üsulları izah edilmişdir. Onlara zəruri ərzaq məhsullarından ibarət yardım aparılmışdır. 

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz