Əlaqə Arxiv
news Image
2020.04.17
13:08
| A A A
DANX: 900-ə yaxın sürücünün taksi fəaliyyətinə icazə verilib

Bu saata qədər "icaze.e-gov.az" portalına 865 nəfər taksi fəaliyyəti göstərən şəxslə bağlı məlumat yerləşdirilib.

Bu barədə Mövqe.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu rəqəmlər Bakı şəhərində fəaliyyət göstərən sürücülərə aid deyil:

"Bu saata qədər Bakı şəhərində fəaliyyət göstərən sürücülər istisna olmaqla 865 nəfər taksi fəaliyyəti göstərən şəxslə bağlı məlumat "icaze.e-gov.az" portalına yerləşdirilib. Hazırda DANX-ın müfəttişləri regionlardakı "Azərpoçt" MMC-nin mərkəzi poçt filiallarında müraciət edən sürücülərin qeydiyyatını təmin etmək üçün xidmət göstərir".

Qeyd edək ki, Azərbaycanın regionlarında (Bakı, Gəncə və Sumqayıt şəhərləri istisna olmaqla) fəaliyyət göstərən taksi sürücüləri Azərpoçtdan da fərqlənmə nişanını əldə edə bilərlər.

Sizin Reklam Yeriniz