Əlaqə Arxiv
news Image
2020.04.18
17:35
| A A A
142 - Çağrı Mərkəzinə 1 apreldən 94 minə yaxın zəng daxil olub

Pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərinin geniş miqyas aldığı indiki dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, yalnız bu ay, yəni aprelin 1-dən 142 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən 94 minə yaxın zəng daxil olub.

Əmək, məşğulluq, sosial müdafiə tədbirləri, tibbi-sosial reabilitasiya, habelə hazırda həyata keçirilən sosial dəstək tədbirləri və s. ilə bağlı müraciətlər əməkdaşlar tərəfindən ətraflı cavablandırılır. Sorğu xarakteri daşıyan müraciətlərlə bağlı izahat və məlumatlar verilir.
Çağrı Mərkəzində saat 9:00-dan 24:00-a kimi 100-dək operator tərəfindən zənglər cavablandırılır.

 

Sizin Reklam Yeriniz