Əlaqə Arxiv
news Image
2020.04.19
14:57
| A A A
İranda koronavirusdan daha 87 nəfər ölüb

İranda ötən sutka ərzində daha 87 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.

K.Cahanpurun sözlərinə görə, ümumilikdə bu günədək İranda koronavirusdan ölənlərin sayı 5 118 nəfərə yüksəlib.

Cahanpur əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 1 343 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 82 221 nəfərə çatıb. 3 456 nəfərin vəziyyəti isə ağırdır.

Nazirlik rəsmisi indiyədək İranda 57 023 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 341 mindən çox test aparılıb.

Sizin Reklam Yeriniz