Əlaqə Arxiv
news Image
2020.04.19
17:10
| A A A
Azərbaycanda 25 koronavirusa yoluxma qeydə alındı, 122 nəfər sağaldı, 1 nəfər vəfat etdi - Operativ Qərargah

Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Mövqe.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış,
ürəyin işemik xəstəliyi, arterial hipertenziya, postinfarkt kardiosklerozu olan 1940-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 test aparılıb.

Sizin Reklam Yeriniz