Yeni yaradılan Meşələrin İnkişafı Xidmətinə rəhbər təyin edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Meşələrin İnkişafı Xidmətinə rəhbər təyinatı olub.
Nazirliyin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Namik Xıdırov xidmətin rəhbəri təyin edilib.
Bu təyinata qədər o, nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.