Əlaqə Arxiv
news Image
2020.04.24
23:23
| A A A
İtaliyada koronavirusdan ölənlərin sayı 26 minə çatır

İtaliyada son bir gün ərzində daha 420 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 25 969 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 3 021 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 192 994-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 60 498 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Sizin Reklam Yeriniz