Əlaqə Arxiv
news Image
2020.04.25
07:45
| A A A
Azərbaycanın yaratdığı uğur modeli
Dövlət xalqın gələcək ümidlərinin ən güclü zəmanətidir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində bütün dünyada yayılmış koronovirus pandemiyasının ölkəmizdə də sürətlə yayılmasının qarşısının alınmasına nail olunub. Bu gərgin və çevik işin arxasına dövlət başçısının uzaqgörən siyasəti, millətə olan qayğısı durur. Çünki dünyanın heç bir ölkəsi bu çətin vəziyyətə hazır deyildi, amma hökumətinin çevik qərarları nəticəsində dövlətimiz bütün dünyaya nümunə oldu.

Bütün siyasilər, ictimai xadimlər bildirirdilər ki, pandemiyadan sonra dünyanın mənzərəsi dəyişəcək, daha əvvəlki yaşam tərzindən əsər-əlamət qalmayacaq, yeni əməkdaşlıq münasibətləri formalaşacaq. Bu teoremlər artıq həyatda təsdiqini tapır.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətlə yanaşı, sosial sahədə atdığı addımlar hər bir Azərbaycan vətəndaşının yanında olduğunun bariz nümunəsidir.

Pandemiya bəlasından xilas olmaq yolunda bu nümunə öz sözünü dedi.  Sərhədlərin vaxtında bağlanması, karantin rejiminin tətbiqi, həkimlərin, tibb işçilərinin səfərbərliyə alınması, yeni xəstəxanaların tikilib istifadəyə verilməsi xalqın liderinin “Vətəndaşlarımızın sağlamlığı hər şeydən üstündür” ifadəni sübut edib. Xüsusilə imkansız ailələrə, yaşlı, ahıl insanlara hərtərəfli yardımların göstərilməsi vətəndaşların özlərindən çox dövlət başçısının onları düşündüyünə ən gözəl nümunədir.

Koronavirus pandemiyasının tüğyanına məruz qalmış bütün ölkələr inkişaf səviyyəsindən asılı olmayaraq dəhşətli bir sınağa çəkiliblər. Bu, insan həyatının bütün sahələrinə mənfi təsirini göstərir. Dəhşətli xəstəlik əksər ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə çoxsaylı insan tələfatlarına səbəb olmaqla yanaşı bir çox hallarda onları pandemiyanın qarşısının alınmasında aciz vəziyyətə salıb. Məsələ burasındadır ki, ölkələr koronovirusla mübarizəyə müxtəlif vaxtlarda və müxtəlif formalarda başlayıblar. Ancaq Azərbaycanın rəhbər tandemi – Prezident və Birinci vitse-prezidentin vəziyyəti düzgün qiymətləndirməyi, vaxtında qəbul etdikləri qərarlar və gördükləri qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun geniş yayılmasının, çoxsaylı insan tələfatının qarşısı alınıb.

Ölkə rəhbərliyinin “Biz birlikdə güclüyük” çağırışı cəmiyyətdə bir şüara çevrildi. İctimaiyyət bir daha yüksək keyfiyyətləri ifadə edərək Azərbaycan xalqı ilə hakimiyyətin möhkəm birliyini, Prezidentin həmişə xalqın, xalqın həmişə Prezidentinin yanında olmasını bir daha təsdiq etdi.

Postpandemiya dövrünə az qalıb. Lakin indidən yenilik ab-havası cəmiyyəti vurur. Sadə vətəndaşları bu dəyişikliklər yelinin hardan və necə əsdiyini dövlət başçısına göndərdikləri məkrublarda aydın ifadə edirlər. Göyçay rayonunun Ləkçılpaq kəndindən şəhid atası İsmayılov Arif Məhəmməd oğlu yazır: “Hörmətli cənab Prezident, bütün dünyada minlərlə insanın ölümünə səbəb olan virusun bizim ölkəmizdə yayılmasının qarşısının alınmasında gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə kəndimizin 6 mindən çox əhalisi adından minnətdarlığımızı bildirirəm.

 

Dövlətimizin və xalqımızın firavan yaşaması üçün var gücünüzlə çalışaraq ərsəyə gətirdiyiniz bütün işlərdə Sizinlə yanaşı Mehriban xanımın da əməyi danılmazdır. Bir daha sübut edirsiniz ki, hər bir Azərbaycan vətəndaşı Sizin üçün əziz və qiymətlidir.

Uca Allah Sizi və ailənizi qorusun!”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Cəfərbəyli Yusif Vahid oğlu da Prezident İlham Əliyevə minnətdarlıq dolu ifadələrlə təşəkkürünü bildirir: “Cənab Prezident, Sizə hər zaman xalqımıza dayaq olduğunuz üçün, həm öz adımdan, həm də bütün gənclər adından təşəkkürümü bildirirəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi olaraq Ulu Öndərin daxili və xarici siyasət strategiyasının parametrləri Sizin sayənizdə ləyaqətlə davam etdirilməkdədir. Bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gördüyünüz bütün işlərdə Sizə tükənməz müvəffəqiyyətlər arzulayıram”.

Bu sevinc, şad-xürrəmlik təşəkkürlərlə yanaşı, həm də pandemiya üzərində qələbə sevincinin bölüşdürülməsidir. Xalq-iqtidar birliyinin qarşısında heç bir qüvvə davam gətirə bilməz. Bu yenilməz fikir postpandemiya dövrünün başlıca şüarı olacaq və Azərbaycan dövləti ilə xalqının birliyi yeni mərhələyə qədəm qoyaraq daha böyük uğurlarla yeni inkişaf salnamələri yazacaq.

 

N.NOVRUZ

Sizin Reklam Yeriniz