Əlaqə Arxiv
news Image
2020.04.26
11:00
| A A A
Almaniyada koronavirusa yoluxanların sayı 154 mini ötdü

Almaniyada koronavirusdan son sutkada daha 140 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Robert Kox İnstitutu yayıb.

Bildirilib ki, virusdan ölənlərin sayı 5 640-a çatıb.

Məlumat görə, son sutkada koronavirusa 1 737 nəfər yoluxub. Bununla da onların sayı 154 175 nəfər olub. 

Mütəxəssislər bildirib ki, bu müddət ərzində 112 min nəfər müalicə edilərək sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Sizin Reklam Yeriniz