Əlaqə Arxiv
news Image
2020.04.27
11:06
| A A A
İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

İnstitutdan Mövqe.az-a verilən məlumata görə, ali təhsil müəssisəsinin rəhbərliyi və əməkdaşları könüllü olaraq 5866 (beş min səkkiz yüz altmış altı) manat həcmində pul məbləğini Fonda köçürüblər.

Sizin Reklam Yeriniz