Əlaqə Arxiv
news Image
2020.04.27
22:07
| A A A
Öləcəyini bir həftə öncədən hiss etmişdi - Koronavirusdan vəfat edən həkim

51 yaşlı anestezioiloq-reanimatoloq Sergey Beloşiçkiy Botkinskiy xəstəxanasında koronavirus ağırlaşmasından vəfat etdi.

İBL aparatına qoşulmuş həkimi süni tənəffüs aparatı ilə də xilas etmək mümkün olmayıb.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, həkim 20 il idi ki, Sankt-Peterburqun Yelizavetinskiy xəstəxanasında işləyirdi. Koronavirus dövründə o,özü reanimasiyada xəstələri müalicə edirdi və bu zaman yoluxmuşdu. Ağır xəstələri intubasiya edərkən yoluxma riski çox yüksəkdir.

Kolleqaları bildirir ki, onlarla insanı ölümün astanasından geri qaytaran həkim özü ölümünü hiss etmişdi. Bir həftə əvvəl iş yoldaşına zəng edən həkim vəziyyətin yaxşı olmadığını demişdi:

"Bunun axırı pis olacaq. Özümü qorumadım, özüm günahkaram. Sağalmaq şansım yoxdur".

Sizin Reklam Yeriniz