Əlaqə Arxiv
news Image
2020.04.28
00:10
| A A A
ETİ hər zaman dəstəyini hiss etdiyi dövlərinin yanındadır
Elm Tarixi İnstitutu koronavirus pandemiyası dövründə Azərbaycanda dövlətin gördüyü tədbirlərlə bağlı münasibət bildirib. ETİ İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir: "Ölkəyə başçılıq etdiyi gündən Prezident İlham Əliyev ən çətin, təhlükəli anlarda xalqın yanında, sadə insanların arasında olub. Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək bilavasitə həmin ərazilərə səfər edib, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş verib. İlk dəfə olaraq Çinin Uhan şəhərində qeydə alınmış yeni koronavirus tərəfindən törədilən xəstəlik koronavirus xəstəliyi 2019 (COVID-19) Azərbaycanda yayılması barədə ilkin xəbərlər yayılandan sonra ölkə başçısı tərəfindən atılan addımlar bu bəşəri bəlanın qarşısının alınmasında mühüm bir siyasət olaraq qiymətləndirilir. Bu günə olan məlumata görə, Azərbaycanda xəstəliyin yayılması ehtimalı o qədər də yüksək olmasa da, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb, heç bir ölkə yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıb və tranzit potensialının gücləndirilməsini qarşısına məqsəd qoymuş Azərbaycan da analoji mövqe nümayiş etdirir. Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır, xəstəliyi aşkar etmək üçün testlərin ölkəyə gətirilməsi ilə bağlı müvafiq işlər aparılır. Bir sözlə, Azərbaycanda əhalinin narahatlığı üçün heç bir ciddi əsas yoxdur. Cənab Prezidentin, dünyada kütləvi hal alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün atdığı təxirəsalınmaz addımlar hazırda ölkədə bu virus daşıyıcılarının sayının azalması ilə yanaşı yeni yoluxma hallarının getdikcə azalan temp üzrə inkişafında görə bilərik. Ardıcıl verilən sərəncam və göstərişlər Azərbaycan vətəndaşının təhlükəsizliyinə və sağlamlığının qorunmasına hesablanmış addımlardır. Azərbaycan bütün lazımi tədbirləri görməkdə davam edir. Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilib. Karantin üçün də ən əlverişli şərait yaradılıb. Ölkəmizin müxtəlif yerlərində olan bir çox xəstəxanalara koronovirus xəstələri yerləşdirilib. Bunlar dövlət tərəfindən ölkə vətəndaşlarının sağlamlığı üçün atılmış mühüm addımlardır. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev şəxsi təşəbbüsü ilə keçirilən Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Paralel şəkildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən koronavirus infeksiyası ilə bağlı zamanında qəbul edilən qərarlar, göstərilən xeyriyyə işləri və xəstələrin sağlamlığı üçün tapşırıqları Azərbaycanın bu bəşəri bəla ilə mübarizəsində qalib ayrılacağına dəlalət edir. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Ümumilikdə sosial proqramların maliyyə həcmi 2.5 milyard manat təşkil edir. Aparılan siyasəti müşahidə etdikdə İlham Əliyevin iş yerləri və işsizliklə bağlı problemə xüsusi diqqət yetirdiyi müşahidə olunur. Təbii ki, bu ölkə başçısı İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır" prinsindən irəli gəlir. Ölkə başçısı pandemiyanın iqtisadi fəsadlarına baxmayaraq sosial proqramları genişləndirmək israr edir. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası pandemiya yayılan gündən öz tədqiqatlarını dayandırmayıb. AMEA-ya daxil olan institutlarda bəşəri bəla barədə tədqiqatlar aparmış, paralel şəkildə isə elmi işlərini dayandırmayıblar. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq ilk gündən əməkdaşlara koronavirusun yaratdığı fəsadlar və onunla mübarizə üsulları barədə maarifləndirici məlumatlar verilir, eləcə də otaqlarda, konfrans zallarında, dəhlizlərdə, laboratoriyalarda və yeməkxanada dezinfeksiya işləri aparılır. Akademik Ramiz Mehdiyevin müvafiq sərəncamında AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) mütəxəssislərinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların edilməsi, məlumat xarakterli materialların dərc olunması ilə bağlı tapşırıqlar verilib".
Sizin Reklam Yeriniz