Əlaqə Arxiv
news Image
2020.04.29
15:50
| A A A
Bakıda karantin qaydalarını pozan bərbər salonu aşkarlandı

Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı onun sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb, onlar inzibati qaydada cəzalandırılıblar.

Sizin Reklam Yeriniz