Əlaqə Arxiv
news Image
2020.04.29
15:55
| A A A
Bu ölkədə koronavirusdan ölənlərin sayı 1000-i ötdü

Hindistanda yeni növ koronavirus (COVID-19) xəstəliyi səbəbindən ölənlərin sayı 1000 nəfəri keçib.

Mövqe.az COVID-19 olan ölkələrdə və bölgələrdə yeni hadisələr haqqında cari məlumatların toplandığı “Worldometer” veb saytına istinadən xəbər verir ki, ölkə daxilində COVID-19 nəticəsində  son sutkada 73 nəfərin ölümü ilə ölənlərin sayı 1008 nəfərə çatıb.

Ölkə daxilində COVID-19 yoluxanlarının  ümumi sayı 31 min 332-yə yüksəlsə də, bu günə qədər 7 min 347 nəfər müalicə alaraq sağalıb.

Qeyd edək ki, Martın 24-də Hindistanda elan edilən komendant saatı mayın 3-də başa çatması planlaşdırılır.

Sizin Reklam Yeriniz