Əlaqə Arxiv
news Image
2020.04.29
17:07
| A A A
Ağdaşda karantin qaydalarını pozan sahibkarlar cərimələndi

Ağdaş rayonunda icazəsiz olaraq obyekt işlədənlərə qarşı reydlər keçirilib.

Mövqe.az xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında yaradılan Operativ qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq tətbiq olunan xüsusi karantin rejiminə əməl etməyən, xüsusilə də icazəsiz və qeydiyyatdan keçməyən obyekt sahiblərinə qarşı reyd keçirib. 

Reyd zamanı obyekt sahibləri qeydiyyatdan keçməyi bilmədiklərini, bəziləri isə necə qeydiyyatdan keçməyi bilmədiklərini bəhanə gətiriblər.

Bəzi obyekt sahibləri və satıcılar isə lazımi sənədlərin hazırlanmasını və müraciət etdiklərini bildirərək mağazaları qeydiyyatsız olaraq fəaliyyət göstərir.

İki gün davam edən reydlər zamanı 36 obyekt sahibi icazə almaq üçün müraciət edib. On bir sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Sizin Reklam Yeriniz