Əlaqə Arxiv
news Image
2020.04.30
17:07
| A A A
Karantin rejimi dövründə alimentlər bu qaydada ödəniləcək

Karantin dövründə aliment kimi ödənişlərin ödənilməsi vacib məsələdir. Bu ödənişlərin gecikdirilməməsi üçün Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilib. Karantin rejimi dövründə alimentlər elektron qaydada ödənilə biləcək.

Mövqe.az-ın məlumatına görə, nazirliyin xüsusi rejim şəraitində innovasiyaların tətbiqi barədə İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda onlayn mətbuat konfransında deyib.

A.Səmədzadə qeyd edib ki, bunun üçün elektron sistemin imkanlarından istifadə edilib:

“Ona görə də biz “ASAN ödəniş” və bir sıra tətbiqlərdə əksər borcların, o cümlədən alimentlərin ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün şərait yaratmışıq.

Vətəndaşlar evdən çıxmadan bütün ədliyyə xidmətlərindən istifadə edə bilərlər. Hansısa səbəbdən nağdsız ödəniş edə bilməyənlər respublika ərazisində yerləşdirilən 500-ə yaxın ödəniş terminalları vasitəsilə borcları ödəmək imkanı qazanır. Bununla yanaşı, bilirsiniz ki, aliment ödənişi və digər borcu ödəməyən şəxslərin ölkədən çıxmasına qadağa qoyulur. Bu müddət ərzində həmin şəxslər onlayn ödəmə vasitəsilə alimenti evindən ödəməklə ölkədən çıxmasına qoyulan qadağadan qurtula biləcək. Vətəndaş borcu ödəyən kimi, biz dərhal bu barədə Dövlət Sərhəd Xidmətinə məlumat ötürəcəyik və şəxsin ölkədən çıxışına qoyulan qadağa götürüləcək".

Sizin Reklam Yeriniz