Əlaqə Arxiv
news Image
2020.05.03
13:13
| A A A
Binəqədi rayonunda dezinfeksiya işləri həyata keçirilir

Binəqədi rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

Görülən işlər çərçivəsində günboyu rayon ərazisində çoxmənzilli yaşayış binaları, binalardakı ümumi istifadə yerləri, giriş blokları və pilləkənlər, lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançaları dezinfeksiya edilir.

Eyni zamanda məhəllədaxili yolların, sakinlərin daha çox istifadə etdiyi küçələrin xüsusi məhlulla müntəzəm yuyulması işləri aparılır.

Sizin Reklam Yeriniz