Əlaqə Arxiv
news Image
2020.05.15
17:40
| A A A
Bu şirkətlərdə kütləvi yoluxma aşkarlandı - TƏBİB

Ölkəmizdə icra edilən test sayı yoluxma hallarının sayı baxımından optimaldır və səhiyyə göstəriciləri baxımından odekvatdır

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Bu günə qədər icra olunan testlərin 1,3 faizində pozitiv hallar qeydə alınıb. Bu göstəricilər Operativ Qərargahın tibbi bölməsi tərəfindən qeydə alınıb. Xaricdən ölkəyə qayıdan vətəndaşlarla təmasda olanlar üçün testlərin aparılması nəzərdə tutulur. Eyni zamanda həkimlər, xəstələrlə təmasda olan şəxslərlə testlərin aparılması nəzərdə tutulur ki, bu da gündəlik test sayının 4 minə çatırılması deməkdir. Bu təhlillərin aparılması əhalinin hansı hissənin koronavirusa yoluxma hallarının aşkarlanması üçündür".

O əlavə edib ki, ən çox təhlükə görülən yerlər Biznes mərkəzləri, insanların kütləvi toplaşdığı iş yerləridir: "Təklif edirəm ki, bu yerlərdə liftlərin istifadəsi dayandırılsın. Müəssisələrdə koronavirusla mübarizə qaydalarına riayət olunsun.

Bakı Tikiş Evində 64 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Eyni zamanda Baku Ctill Company şirkətində 58 yoluxma faktı aşkarlanıb. Həbsxanalarımızda yoluxma halları müşahidə olunub, bununla bağlı Ədliyyə Nazirliyi və TƏBİB-in müvafiq strukturları müalicə üçün cəlb edilib. Bu günədək həbsxanalarda 46 yoluxma faktı qeydə alınıb".

O bildirib ki,i yoluxma hallarının yüksək olması hüququ şəxslərin məsuliyyət daşıdığını göstəricisidir: Hüquqi şəxslər qaydalara riayət etməməklə cinayət məsuliyyəti daşıyırlar"

Sizin Reklam Yeriniz