Tibb işçilərinin əmək haqqının ödənilməsi ilə bağlı proses...
Tibb işçilərinin əmək haqqının ödənilməsi ilə bağlı proses davam edir.
Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Mart ayının əmək haqları verilib, aprel ayı isə verilməkdə davam edir. Bəzi həkimlərə işlədikləri gün hesabı ilə əmək haqqı verilir. Eyni zamanda, həkimlərin iş saatı 6, bəzən 12 saatdır. Həkimlər əmin ola bilərlər ki, onların hər birinə layiq olduğu əmək haqqı veriləcəkdir. Lakin onlar bilsinlər ki, bizim üçün onların mənəvi dəyəri daha çox vacibdir"