Əlaqə Arxiv
news Image
2020.05.17
11:25
| A A A
Ermənistanda daha 189 nəfər koronavirusa yoluxdu

Ermənistanda ötən sutka ərzində yeni növ koronavirusa daha 189 nəfər yoluxub, 5 nəfər dünyasını dəyişib.

Mövqe.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 4 472 nəfərə, koronavirusdan ölənlərin sayı isə 60 nəfərə çatıb.

Məlumata əsasən, 1 925 nəfər koronavirusdan sağalıb, 2 463 nəfərin müalicəsi davam etdirilir.

Bildirilir ki, ölkədə koronavirusla bağlı 40 230 test aparılıb.

Sizin Reklam Yeriniz