Rayonlara gediş-gəliş və toyların başlaması... - Məmmədov
Rayonlara gediş-gəlişin açılışı sanitar epidemoloji vəziyyətdən asılıdır. Hər şeyi statistika göstərəcək.
Mövqe.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"Bu gün toyların başlaması da eyni qayda ilə, bu günkü statistikadan asılıdır. Bu gün şadlıq evləri bağlıdır. Qarşıdakı aylar üçün əvvəlcədən məlumat vermək olmaz".