Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 30-na olan statistik göstəriciləri açıqlayıb.
Mövqe.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 384 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 298 648 test aparılıb.