Bakıda bağlı yollardan biri açıldı
Bakıda təmir işləri ilə bağlı bağlanan yollardan biri açılıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Mövqe.az-a daxil olan məlumata görə, Ceyhun Hacıbəyli küçəsinin Ak. H.Əliyev küçəsi ilə kəsişməsindən Ak. M.Mirqasımov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (cənub istiqamətdə) aparılan təmir tikinti işləri başa çatıb.