Əlaqə Arxiv
news Image
2012.05.14
16:05
| A A A
İtin söz ehtiyatı 1000 sözdən çoxdur

Bildiyimiz kimi "12 stul" əsərində itin söz ehtiyatı 30 söz idi. Lakin Çeyzer adlı itin söz ehtiyatı nə az nə çox, 1022 sözdür. Bu itin sahibi iddia edir ki, o pensiyaya çıxdıqdan sonra alman aliminin məruzəsi onun maraqını cəlb edib. Bu məruzəni oxuduqdan sonra Con Pilli adlı şəxs, itiylə məşğul olmaq qərarına gəlir.  

Con itə hər hansısa bir əşyanı göstərib onun adını deyir. Daha sonra həmin əşyanı gizlədən Con, itin onu tapmasına baxaraq dayanmadan həmin əşyanın adını təkrarlamağa başlayır. Belə təlimlər gün ərzində 4-5 saat davam edib. Bu təlimlərdən 1 il sonra itin söz ehtiyatı 900-dən çox olub. İndi isə 1022 söz bilən bu qeyri-adi it hamını heyrətləndirib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz