Əlaqə Arxiv
news Image
2012.05.14
16:30
| A A A
Azərbaycanda Boloniya sistemi

Bildiyimiz kimi Azərbaycanın əksər ali ocağlarında Boloniya sistemi mövcuddur. Bu universitetlərin sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Neft Akademiyası, Bakı Slavyan Universiteti, İqtisad Universiteti, Azərbaycan Dillər Universitetidə var. Qeyd edək ki, bu universitetlər kredit sisteminə keçiblər. Çünki Boloniya prosesinin əsas tələblərindən biridə məss, kredit sistemidir.

Azərbaycan bu prosesə 2005-ci ildə imza atıb. Baxmayaraq ki, 2010-cu ilə qədər bu prosesin bütün prinsiplərinə riayət edilməliydi, Boloniya prosesi Azərbaycanda hələdə problemlərə səbəb olur. Ən çoxda narazı qalan tələbələrdir. Misal üçün, Bakı Dövlət Universitetinin tələbəsi Raqif Zalov Boloniya sistemindən narazı olduğunu bildirir.

"Xarici ölkələrdə Boloniya sistemi tələbələr üçün lazımi şəraiti yaradır. Bizdə isə tam əksinədir. Boloniya sisteminə görə mən dərsə istədiyim vaxt getmiyə bilərəm. Bizdə isə bu mümkün deyil, hər gün dərsdə olmalıyam. Xarici ölkələrdə tələbələr mühazirə dəftərlərindən istifadə etmirlər, bizdə isə mühazirə dəftərinə görə qiymətdə yazırlar. Əgər bu Boloniya sistemidirsə, onda niyə şərtlərə əməl olunmur?", - R.Zalov dedi.

Yaxşı sualdır. Niyə Azərbaycanda Boloniya sisteminin şərtlərinə əməl olunmur?

Bunun səbəbini helə Bakı Dövlət Universitetində artıq neçə ildir ki, çalışan jurnalistika fakültəsinin dekanı Şamil müəllimdən soruşduq. Onun sözlərinə görə, bu prosesə keçmək müəyyən çətinliklər yaradır: "Bizim tələbələr xaricilər kimi deyil. əgər onlara azadlıq verilsə, ümumiyyətlə heç bir dərsdə oturmazlar. Həmdə unutmaq lazım deyil ki, xarici ölkələrdə tələbələr 4 il oxuduqları müddətdə külli miqdarda pul ödəyirlər. Bizdə isə pulluda oxuyan tələbələrə belə güzəşt var. Bu gün Boloniya prosesinin hər bir şərtinə əməl etmək mümkün deyil. Bu hələ bizim tələbələrimiz üçün deyil".

Xatırladaq ki, Boloniya prosesi Avropa ölkələrində vahid təhsil məkanının yaradılması deməkdir. İlk dəfə bu proses 1999-cu ildə İtaliyanın Boloniya şəhərində bəyannamədə qəbul edilib.

Avropanın öz vətəndaşları arasında heç bir ayrılıq qoymaq istəməməyi aydındır. Lakin bu prosesə keçən ölkələrin buna tamamiylə hazır olub olmadıqları hələdə sual altındadır.

Boloniya sisteminin üstünlüyü isə ondadır ki, bizim ölkədə diplom alan şəxslər, problemsiz digər Avropa ölkələrində təhsil alıb çalışa bilərlər. Yeganə şərtsə diplomda kredit və qiymətlərin sayının yüksək olmasıdır

Qeyd edək ki, kredit sisteminə görə, tələbə istədiyi müəllimi seçə bilər. Təhsil aldığı müddətdə tələbə həmçinində ikinci təhsili ala bilər.  Sual: Bəs bizim ali təhsil ocağlarında tələbələrə bu cür şərait yaradılırmı?

Bu sualı təhsil üzrə ekspert Məlahət Mürşütləyə ünvanladıq. Onun sözlərinə əsasən isə, belə bir şərait Azərbaycan təhsilində yaradıldılıb. Sadəcə bu pullu olduğundan hər bir tələbə buna razılıq verməz.

"Bu gün tələbələrimiz bir təhsili güclə alırlar, ikisini bir yerdə çətin ki, çatdırmaq olar. Bu biraz çətin prosesdir. O ki, qaldı Boloniya prosesinin qaydalarına, zamanla sənətdə göstərilən bütün şərtlərə əməl olunacaq. Sadəcə buna zaman lazımdır".

Türkan Nadirqızı

Movqe.Az

 

Sizin Reklam Yeriniz